Shared-Web-Hosting-CaspiNet

2019-cu ildə Sərfəli veb hostinq seçməyin 10 üsulu

Veb Hosting xidməti nədir?​

Veb Hostinq xidmətini Biznes mərkəzində icarəyə götürülmüş ofis  olaraq təsəvvür edə bilərsiniz. Siz icarə müqaviləsi bağladığınız zaman Həmin ofisin açarları  sizə təqdim olunur. Eyni biznes mərkəzdə yerləşən ofis otaqlarının əsas fərqləri ofisinin kvadratı ilə ölçüldüyü kimi, hostinq paketləri də virtual həcmlərin ölçüsü ilə fərqlənirlər. İcarə müddətində Ofisin daxilində qaydalar çərçivəsində istədiyiniz dəyişiklikləri edə bilərsiniz. Yeni mebellər alıb yerləşdirə bilər, interfeysi istədiyiniz rəngə boyaya bilərsiniz.  Eyni zamanda həmin mərtəbədə və həmin binada olan digər şəxslərlə birlikdə (Lift, İnternet, Su, Elektrik, soyutma və isitmə sistemləri və sairə) eyni infrastruktur və kommunal elementləri istifadə edəcəksinizki, Hostinq paketlərində də bu Serverin Fiziki parametrləridir (CPU, RAM, IOPS, Bandwidth). 

Hostinq alarkən nələrə diqqət etmək lazımdır?

Gəlin yuxarıdakı misalı davam edək. Necə ki Şirkət üçün ofis seçərkən aşağıdakı sualları ilk öncə cavablandırırıq:

  • Biznes mərkəzinin digərləri arasında prestiji
  • Biznes mərkəzin harada yerləşdiyi
  • Binanın necə mühafizə olunduğu
  • Kommunal xidmətlərin (Lift, İnternet, Su, Elektrik, soyutma və isitmə sistemləri və sairə) nə qədər dayanıqlı, sürətli və effektiv olmağını
  • Təqribən eyni xidməti göstərən digər rəqiblərlə qiymət müqayisəsi
  • Şirkətin sizə verdiyi dəyər. Müştəri məmnuniyyəti hər zaman önəmlidir
  • Bu siyahını kifayət qədər uzatmaq mümkündür.

Veb Hosting seçərkən isə aşağıdakı məqamları göz önündə tutun:

  1. Hostinq infrastrukturunun hansı Data Mərkəzdə yerləşməsi
  2. İnfrastrukturun failover Cluster olunmağı
  3. Məlumatların gündəlik, həftəlik və aylıq rezerv nüsxələnməsi
  4. Məlumatların HDD və ya SSD disklərdə saxlanılması
  5. Anti-DDOS və Brute force, WAF kimi xidmətlərin mövcudluğu
  6. Təklif olunan paketlərin effektivliyi. Qeyd* Əksər yerli və xarici Hostinq şirkətlərinin təklif etdiyi limitsiz həcm anlayışları Məhdud IOPS və ya fayl sayında məhdudiyyətlər tətbiq edir.
  7. Göstərilən Xidmətin həcm və qiymət nisbəti
  8. Texniki dəstək xidmətinin nə qədər çevik olması 
  9. Əgər mümkündürsə test mühitində idarəetmə panelininin necə çalışdığına əmin olmaq
  10. Mysql, Email, Ftp kimi servislərin miqdarının sizin ehtiyaclarınızı tam ödəməsi

Veb hostinqin tipləri aşağıdakılardır:

  • Shared Hosting – Şəxsi bloq, vizitka tipli paralel giriş sayı 50-ə olan veb saytlar üçün. Bu siyahıda göstərilənlər arasında ən ucuz olanıdır.
  • Business Optimized hosting- Biznes üçün otimallaşdırılmış veb hostinq əsasən sürətli yüklənmə tələb edən müştərilər üçün nəzərdə tutulur.
  • VPS- Unikal yazılmış məxsusi veb proektlər və kütləvi giriş sayı olan Böyük şirkətlər, Təhsil Müəssisələri və xəbər sayt və portalları üçün.
  • Dedicated Server- Ayrılmış Server Ölkəmizdə çox az hallarda tətbiq olunan bir sxemdir. Bu halda bütün bir və ya bir neçə fiziki server tamamilə istifadə olunur. Əsasən Oyunlar, Biznes tətbiqlər üçün tətbiq olunur, Məhdudiyyət yalnız cihazın fiziki parametrləri və giriş trafikin həcmi qədərdir. Qeyd edim ki, bu yuxarıda sadalananlar arasında ən bahalı olanıdır.

Əgər siz də yeni veb proektiniz üçün dayanıqlı hostinq axtarırsanız və ya hal-hazırda istifadə etdiyiniz zəif yüklənmə sürəti və ya sizi qane etməyən müştəri xidmətindən bezmisinizsə, təklif etdiyimiz Hostinq paketləri ilə tanış ola və ya birbaşa Bizimlə əlaqə saxlaya bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir