Microsoft EMS

Microsoft Enterprise Mobility + Security

Əgər siz də Korporativ şəbəkənizdə olan bütün mobil və stasionar cihazları vahid bir pəncərədən idarə etmək istəyirsəniz bu həll məhz sizə görədir. “Microsoft EMS- Enterprise Mobility + Security” ilə Təhlükəsizlik və idarəetmə sitemlərində sadəlik və mükəmməlliyə bir addım daha yaxın olun.

Mürəkkəblik Təhlükəsizliyin düşmənidir. Mürəkkəb sistemlər istifadəçilər və idarəçilər edənlər üçün qorxu yaradır. Qorxu isə sistemlərdən istifadəni azaldır və sistemləri faydasız bir alətə çevirir. Təcrübə göstərir ki, əksər vaxtlar bir sistemin mühafizəsi üçün bir neçə fərqli vendora məxsus həllər tətbiq olunur. Əgər bu sistemlər arasında inteqrasiya yoxdursa o zaman bu işi daha da qəlizləşdirir. Əksər hallarda isə hadisələrin korelyasiya olunmaması analizini mümkünsüz edir.

Günümüzdə Korporativ şəbəkələrdə BYOD cihazlardan istifadə isə məsələni daha da çətinləşdirir. Əməkdaşlar üçün korporativ məlumatların dünyanın hər yerindən əlçatanlılığının təmini İT və təhlükəsizlik çalışanları üçün əsas tələblərdən biridir. Belə olan halda onların təhlükəsizliyinin təmini üçün xüsusi mühafizə sistemlərinin tətbiqini mütləq edir.

Təhlükəsiz giriş (Secure Access)

Əməkdaşların Şirkət daxili müxtəlif servislərdən vahid identifikatorla (Login/parol) daxil olması Şirkətin İT strategiyasının bir hissəsi olmalıdır. Mövcud olan Lokal AD (Active Directory) ilə Azure AD arasında əlaqənin təmin olunması əməkdaşlara kompüterə, Office 365-ə, SaaS servistərə və digər korporativ proqramlara onlara işə daxil olduqları zaman verilmiş yeganə parolla daxil olmağa imkan verir. Eyni zamanda EMS istifadəçilərə gələcək dəstək xidmətini sadələşdirərək istifadəçilə yalnız 1 parolu yadda saxlamağına unutduğu zaman isə bir portaldan bütün girişlərini görməyə və idarə etməyə kömək edir. İnzibatçılar isə İstifadəçilərə hansı servislərə nə vaxt və hardan daxil olduqlarını tam görməyə və buna uyğun giriş icazələri təmin etməyə imkan verir. Təcrübə göstərir ki, dəfələrlə mərkəzi identifikasiya olmaması səbəbindən əməkdaş işdən azad edildiyi zaman və ya digər vəzifəyə təyin olunduğu zaman paralel identifikatorlarin olması səbəbindən hansısa servislər yaddan çıxaraq onun üçün əlçatan olur. Bu isə gələcəkdə informasiya itkisi üçün çox effektiv bir qapı rolunu oynayır.

secure access
secure access

EMS-nin təklif etdiyi İstifadəçi, Yer, Proqram təminatı və risk ölçümü imkanı ilə şirkətinizi sığortalayın.

Mobil idarəetmə (Mobile management )

Mobile Managment
Mobile Managment

Korporativ və şəxsi cihazlardan şirkətə məxsus məlumat əlçatan olduğu zaman onların mühafizə olunmasını vacib edir. Şirkət əməkdaşlarının müxtəlif layihələr üzrə sənədləri şirkət daxili və digər şirkətlər ilə icra olunan layihələr çərçivəsində paylaşımı məsələni daha da çıxılmaz edir. Siz EMS ilə az öncə qeyd olunan bütün cihazlarda şirkət məlumatlarının təsadüfən və ya bilərəkdən kənara sızması və ya sızdırılmasının qarşısını almaq üçün qaydalar hazırlaya və bunu bütün cihazlara tətbiq edə bilərsiniz. Eyni zamanda məlumat axınının izlənməsi üçün Fayllara xüsusi görünməz qoşma vasitəsilə faylların kim tərəfindən kiminlə hansı vasitə ilə paylaşıldığını və ya göndərildiyini görə bilərsiniz ki, Bu da sizə vaxtında tədbir görmək imkanı sağlayacaqdır.

Genişləndirilmiş təhlükəsizlik (Advanced security)

Office 365 sizə hər yerdə və hər zaman əlçatanlılığını təmin edərək əməkdaşlara produktiv işləməyə imkan verir. EMS-nin Təhlükəsiz giriş və Mobil idarəetmə imkanı Bulud və daxili resuslarınızın təhlükəsizliyini və əlçatanlılığını təmin edir. Növbəti mərhələ isə bu məlumatlaraın bir interfeysdən inzibatçılara rahat və sadə çatdırılmasının təmin olunmasıdır. Təhlükələrin ətraflı analizi ( Advanced Threat Analytics ) funksionallığı Machine Learning və log analiz imkanı sayəsində baş verənləri özü analiz edə və sistemin öncədən təyin edilmiş qaydaları əsasında və ya sizin xüsusi olaraq təyin etdiyiniz qaydalar əsasında qərarlar qəbul etmək imkanına sahibdir. Bu sizə Brute force, yoluxmuş cihazlar, Zəif identifikatorlar, Riskli giriş halları barədə analizlər sayəsində, hücumların qarşısını almağa və ya risk qruöunda olanlara qarşı xüsusi qaydalar tətbiq etməyə imkan verir.

Microsoft EMS - threats and conditions
Microsoft EMS – threats and conditions

Əslində Machine Learning heç də sehrli çubuq istifasi deyildir. Microsoft şirkəti belə mükəmməl təhlükəsizlik sistemini hazırlamasında ona dünya üzrə aylıq 1 milyarddan artıq kömpüterlərdən gələn siqnallar və 450 milyard authentifikasiya sesiyası və 200 milyard Email və veb saytların analizindən əldə edilən nəticələr sayəsində mümkün olur. Bütün bu rəqəmlər mükəmmələ çox yaxın bir həllin hazırlanması üçün əsas tələblərdən biridir.

Əgər sizə də Şirkətinizin bazardakı prestijini və konfidental məlumatlarının qorunmasını təmin etmək niyyətindəsinizsə, Məmnuniyyətlə sizə bu istiqamətdə, Məsləhət, Tətbiq, Təlim və Təlimat və Analiz xidmətlərini Microsfoft Şirkətinin Gümüş Sertifikatlı rəsmi partnyoru “CaspiNet MMC” olaraq təklif etməkdən qürür duyuruq.

Daha ətraflı https://www.microsoft.com/ru-ru/cloud-platform/enterprise-mobility-

İrad, təklif və ya əlaqə üçün, Bizimlə Əlaqə keçə və ya 051 870 74 27 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz