CaspiNet MMC 2013-cü ildə fəaliyyətə Web Studiya& Hosting provayder olaraq başlamışdır. Qısa zaman sonra bazardakı təlabata əsasən bütün növ Hostinq,domen, VPS (virtual şəxsi server), Dedicated(Ayrılmış server) kimi yeni xidmətləri təqdim etmişdir. 2014-cü ildə ilk uğurumuz olan “ButaCMS” layihəsi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət fondunun elan etdiyi 1-ci qrant müsabiqəsinin qalibi oldu. 2015-ci ildə “e-Tap.az” İtirilən və tapılan əşyaların qeydiyyat və axtarış sistemi fəaliyyətə başladı. Bu layihə həmin il WSA 2015-in Regional qalibi, 2016-2017ci illərdə Formula 1 -in rəsmi tərəfdaşı, 2017-ci ildə Ukraynanın Kiev şəhərində keçirilən Beylənxalq Goldenbyte yarışmasının qalibi olmuşdur. Fəaliyyətdə olduğumuz 5 il ərzində göstərdiyimiz xidmətdən, Universitetlər, Kolleclər, iqtisadiyyatımızın müxtəlik sektorlarında olan dövlət və özəl müəssisələr habelə, Türkiyə, BƏƏ, Hollandiya, Rusiya, ABŞ-da fəaliyyət göstərən şirkətlər uğurla yararlanmışlar.
Biznes fəaliyyətimiz IT Consulting & System integration  ,Hosting & Domain Services, Web design & development və Startup sahələrini əhatə edir.
Əsas hədərifimiz dünya İKT bazarında rəqabətə davam gətirən, Azərbaycan İKT məhsullarının dünyaya tanıdılmasını təmin etməkdir.
Şirkətimiz biznes fəaliyyətindən başqa, təhsil müəssisələrinin sonuncu kurs tələbələrinin praktiki biliklərə yiyələnməyi üçün onlara seminarlar keçir, praktikalarının müəssisəmizdə keçmələrinə şərait yaradır.
Fəaliyyətimiz və uğurlarımız barədə Mətbuatda onlarla məqalələr dərc olunmuşdur.