“IoT” ( Internet of Things) qısaltması ilk dəfə “Procter&Gamble” şirkətinin əməkdaşı Kevin Ashton tərəfindən istifadə olunmuşdur. Məqsədi Şirkətin Təchizat zəncirini optimallaşdırmaq üçün RFID çiplərini insanlara daha asan çatdırmaq idi. Xüsusilə 2015-ci ildən qeyd olunan texnologiyanın istifadəsi çox sürətlə artmağa başlamışdır. Həmin statistikanı aşağıdakı qrafikdə görə bilərsiniz.
The Things Conference
Niderland krallığının paytaxtı olan Amsterdamda 31 yanvar-1 fevral 2019 tarixlərində dünyanın ən böyük IoT konfransı olan “The Things Conference” keçirilməkdədir. Bu ilki konfransa dünyanın 55 ölkəsindən 800-dən artıq iştirakçı qatılmışdır. Konfransın əsas təşkilatçıları “Semtech”, “Lora Alliance” və “Microchip”-dir. Konfrans sırasında çoxdan bəri gözlənilən Global The Things networkun V3 versiyası ictimaiyyətə açıq elan olundu. Texnologiyanın həcmini göstərmək üçün 2022-ci ildə dünya üzrə Qeyd olunan platformadan bütün dünya üzrə cəmi 50 milyard cihazın qoşulacağı gözlənilir. Hal hazırda bu rəqəm 23 milyarddır
The Things Network rəqəmlərdə
İstifadəçi
0
Gateway
0
Ölkə
0
Hal hazırda Qeyd olunan texnologiyaya əsaslanan Provayderin Azərbaycanda yaradılması üçün son tamamlama işləri aparılır. Niderland Krallığı ilə imzalanmış memoranduma əsasında qeyd olunan tenologiyanın ölkəmizdə aktiv istifadəsi üçün ictimaiyyətə açıq platformanın 2019-cu ilin 2-ci yarısında CaspiNet və AZNLHUB tərəfindən aktivləşdirilməsi planlaşdırılır. Layihənin Azərbaycan üzrə kordinatoru Bəhruz İbrahimovdur.
Bütün təklif və iradlarınız, eyni zamanda daha ətraflı məlumat üçün Bizimlə Əlaqə saxlaya bilərsiniz.