Bütün Apple məhsullarının istifadəçiləri növbəti yenilənməyə qədər Face Time -ı deaktiv etmələri tövsiyyə olunur.
Aşkara çıxarılan boşluq Apple-in məşhur video və audio zəng tətbiqi olan Face Time vasitəsilə zəng vurduğunuz şəxs hətda sizə cavab verməsə belə onu eşitməyə və görməyə imkan verir. Məşhur HackerNews portalı aşkara çıxarılan bug-ı Iphone X modelində Əməliyyat sistemi İOS 12.1.2 versiyasında test etmişlər. Mütəxəssislər bununla kifayətlənməmiş eyni zamanda bu testi macOS Mojave sistemli MacBook noutbukunda da test edərək eyni nəticəyə gəlmişlər.
Problem UX dizayndan qaynaqlansada, İcazələrin dəqiq verilməməsi səbəbindən milyonlarla Apple istifadəçiləri bu problemlərlə qarşılaşmışdır.
Bugi siz necə test edə bilərsiniz?
Iphone kontaktlarına daxil olaraq istənilən birinə zəng vurun
Zəng davam edərkən Pəncərəni minimallaşdıraraq, “Yeni şəxs əlavə et” düyməsinə sıxın.
Bu pəncərədə Öz nömrənizi daxil edin
Beləliklə siz, özünüz və həmin şəxsdən ibarət qrup zəng başlayacaqdır, hansı ki siz 1-ci zəng vurduğunuz şəxsin səsini və götüntüsünü o bu qrup zəngi qəbul etməsə belə görə biləcəksiniz.
FaceTime-i necə deaktiv etmək olar?
Əgər siz Macbook istifadəçisinizsə o zaman FaceTime-ı deaktiv etmək üçün, FaceTime proqramına daxil olduqdan sonra sol yuxarı küncdə olan “Turn off FaceTime” düyməsini sıxmalısınız.
Bu məqalə barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.