Bütün Apple məhsullarının istifadəçiləri növbəti yenilənməyə qədər Face Time -ı deaktiv etmələri tövsiyyə olunur.
Aşkara çıxarılan boşluq Apple-in məşhur video və audio zəng tətbiqi olan Face Time vasitəsilə zəng vurduğunuz şəxs hətda sizə cavab verməsə belə onu eşitməyə və görməyə imkan verir. Məşhur HackerNews portalı aşkara çıxarılan bug-ı Iphone X modelində Əməliyyat sistemi İOS 12.1.2 versiyasında test etmişlər. Mütəxəssislər bununla kifayətlənməmiş eyni zamanda bu testi macOS Mojave sistemli MacBook noutbukunda da test edərək eyni nəticəyə gəlmişlər.
Problem UX dizayndan qaynaqlansada, İcazələrin dəqiq verilməməsi səbəbindən milyonlarla Apple istifadəçiləri bu problemlərlə qarşılaşmışdır.