AquaOrion

AquaOrion layihəsi Startup yarışmasında 3-cü yerə layiq görülmüşdür

CaspiNet komandamız, AquaOrion Layihəsi ilə “from Start to Smart” proqramında iştirak etmişdir. Komandamız 9 ay ərzində 4 mərhələni İdeya Generasiyası, Pre-inkubasiya, İnkubasiya və Final uğurla başa çatdıraraq, Münsiflərin seçimi ilə 3-cü yerə layiq görülmüşdür.

Layihənin uğurunun təməli olan komanda

“from Start to Smart” proqramı 9 aylıq müddəti əhatə etməklə mövcud su problemlərin innovativ həllinə istiqamətlənən startapların inkişafına yönəlib. Proqram 4 mərhələdən – İdeya Generasiyası, Pre-inkubasiya, İnkubasiya və Final mərhələlərindən ibarətdir. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-Cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramın maliyyə dəstəyi və “Youth Inc.” Inkubasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

AquaOrion nədir?

Qeyd edək ki, Aqua Orion layihəsi, sudan istifadə vərdişlərinin yaxşılaşdırılması üçün Data analitika üzərində qurulmuş innovativ mobil tətbiqdir. Tətbiq istifadəçilərə həm büdcələrinə qənaət etməyə imkan verir, həm də Planetimizin gələcəyi üçün ekoloji dəstək vermələrinə yardımçı olur.

Layihənin uğurunun təməli olan komanda

“from Start to Smart” – 9 aylıq müddəti əhatə edən sahibkarlığın, startapların inkişafına yönəlib. Proqram mövcud su problemlərin innovativ həllinə istiqamətlənən 4 mərhələli bir layihədir. İdeya Generasiyası, Pre-inkubasiya, İnkubasiya və Final mərhələlərindən ibarətir.  Layihə müddətində ideyaların yaradılması, həmin ideyalar əsasında prototipin ərsəyə gəlməsi və sonda investisiya əldə etmək üçün komandalar yarışırlar. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-Cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramın maliyyə dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə keçirilir.

Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.