2022-ci ildə Pulsuz AWS Sertifikatına sahib olmaq üçün mükəmməl şans!

Əgər sizdə aşağıda göstərilən sertifikarlardan birinə 2022-ci ildə sahib olmaq istəyirsəniz bu şansı qaçırmayın.

  • AWS Certified Solutions Architect – Associate
  • AWS Certified SysOps Administrator – Associate
  • AWS Certified Developer – Associate

AWS Certification Official Practice Exams Nədir və bu Challenge-ə nələr daxildir?

Challenge iştirakçıları aşağıdakı 2 imtahandan birinə pulsuz kupon(Vaucher) əldə etmək səlahiyyətinə malikdirlər :

  • AWS Certified Solutions Architect – Associate Official Practice Exam
  • AWS Certified SysOps Administrator – Associate Official Practice Exam

AWS -Nədir?

AWS-in 200-dən artıq tam funksional servisləri ilə iqtisadiyyatın bütün sahələri üçün həllər mümkündür.

Nə üçün AWS Sertifikatı əldə etməlisiniz?

Yeni bacarıqların əldə edilməsi sizə karyerada irəliləmə yolunda dəstək olacaqdır. Rəsmi Sertifikatın əldə edilməsi isə sizin bacarıqlarınızın bariz sübutudur. Bu bacarıqlar sizə Şirkətlərin kritik IT infrastrukturunun AWS qurulmasına və dəstək göstərməyinizə əminlik yaradacaqdır. Eyni zamanda Sertifikata hazırlıq zamanı siz İnnovativ yeni texnologiyalar barədə öyrənəcəksiniz ki, bunlar da sizi mühəndis olaraq digərlərində fərqləndirməyə və baxış prizmanızı dəyişməyə gətirib çıxaracaqdır. Məlumat üçün bildirək ki, 91% halda AWS Sertifikatlı əməkdaşlara sahib şirkətlər AWS servisləri vasitəsitə innovasiya edə bilirlər.

Biz kimik?

Eyni zamanda bildirmək istəyirik ki, CaspiNet MMC AWS-in ölkəmizdə də yeganə (digər ölkələrin yerli nümayənəliyi olmayan) Select Consulting Partner-dur. . AWS Bulud texnologiyalarının tətbiqi ilə Biznesinizin dayanıqlılığını və inkişafını təmin etmək üçün A-dan Z-ə qədər bütün məsləhət və mühəndis dəstəyini tamamilə ödənişsiz əsaslarla göstərməyə hazırdır. Ətraflı:https://partners.amazonaws.com/search/partners/?keyword=caspinet

Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.