06 dekabr Rabitə İşçilərinin Peşə bayramı günüdür.

6 dekabr rabitə və İT sahəsi işçilərinin peşə bayramı günüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə 6 dekabr rabitə və İT sahəsi işçilərinin peşə bayramı günü kimi təsis olunub. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

Həmin tarixdən etibarən ölkəmizdə bu günlə əlaqədar müxtəlif beynəlxalq və yerli tədbirlər keçirilir. Buna misal olaraq 4-7 dekabrda “Baku Expo Center”-də keçirilən növbəti Bakutel 2018 tədbirini göstərmək olar. Bakutel 2018 sərgisi barədə daha ətraflı aşağıdakı məqalədən daha ətraflı oxuya bilərsiniz.

4-7 dekabr tarixlərində Azərbaycanda ilin ən böyük İKT sərgisi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  bu məsul sahənin əməkdaşları diqqətdə saxlayaraq 05 dekabr 2018 tarixində müvafiq sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Həsənova Sahibə Məzahir qızı

Qasımov İsa Vəli oğlu

Mehyəddinov Ənvər Əlistan oğlu

Məmmədova Firuzə Novruz qızı

Pirmətov Fərhad Veysəl oğlu

Vəlibəyli Sevinc Mürsəl qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Məmmədov Novruz Qulu oğlu

Naibov Vidadi Vaqif oğlu.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2018-ci il.

Biz də öz kolleqalarımızı bu münasibətlə ürəkdən təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzulayırıq.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir