“CaspiNet” MMC orduya dəstəyini nümayiş etdirdi.
Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq 12 gündür ki, davam edir. Ermənilər tərəfindən işğal olunan ərazilərin geri qaytarılması uğrunda gedən döyüşlər, Azərbaycan ordusunun düşmən üzərindəki üstünlükəri xalqda böyük ruh yüksəkliyi yaradır. Orduya dəstək məqsədilə xalq könüllü səfərbərliyə gedir, əsgərlərin ərzaq, su və s. ehtiyaclarını ödəmək üçün yardımlar edir, yaralılara kömək üçün qan verməyə çalışırlar. Bunlarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən şirkətlər də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr etməklə ordumuza və dövlətimizə dəstək kampaniyasını həyata keçirirlər.
CaspiNet şirkəti olaraq biz də Ordumuza dəstək olmaq məqsədilə 08.10.2020 tarixində dəstəyimizi Silahlı Qüvvələrə Yardım Fonduna göstərdik.
Allah Şanlı Azərbaycan Ordusunu Qorusun. Qarabağ Azərbaycandır!