Huawei və ZTE-nin bütün növ proqram təminatı və cihazları Çexiyanın milli kiber təhlükəsizlik idarəsi tərəfindən ölkədə yerləşən bütün rabitə operatorlarında istifadəsini qadağan edib. Qadağaya səbəb həmin şirkətlərin Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq ehtimallarıdır.
Son zamanlar Çexiyada, o cümlədən dünyanın əksər ölkələrində Huawei və ZTE-nin hiperaktivliyi həmin ölkələrin Kiber təhlükəsizlik qurumlarını şübhələndirməyə əsas verib. Belə ki, onlar həmin Çin şirkətlərinin istifadəçi məlumatlarının Çin hökümətinin xeyrinə istifadəsindən ehtiyatıanmağa vadar edib.
“Çin qanunları, orada əsası qoyulan özəl şirkətlərin ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığı tələb edir. Bu səbəbdən digər ölkələrin əsas rabitə operatorlarında istifadəsi ciddi risklərə yol açır” deyə Çexiyanın Milli təhlükəsizlik idarəsinin direktoru Dusan Navratil bildirmişdir.
Hal-hazırda Çexiya hökumətinin Huawei və ZTE -yə məxsus proqram təminatı və ya cihazlarda Şpion qurğu və ya kod tapması rəsmi təsdiqlənməsədə, belə bir qadağanın hardan qaynaqlandığı dəqiq bilinmir.
Qısa zaman öncə Almaniyanın Federal təhlükəsizlik idarəsi (Bundesamt für Sicherheit in der Informationstechnik, BSI) Huawei məhsullarında dərin və detallı araşdırma aparsa da heç bir təhlükə aşkarlamadı. Qeyd edək ki, bu araşdırma yalnız Almaniya Federativ Respublikasında deyil o cümlədən digər ölkələrdə olan proqram təminatı və cihazlarda aparılmışdır. Dekabrın əvvəlində isə analoji qadağanı Yaponiya höküməti qəbul edərək yuxarıda adları sadalanan Huawei və ZTE -nin məhsullarının Yaponiya hökümət idarələrində alışı və istifadəsini qadağan etdi. Cari ilin avqustunda Avstraliya 5g mobil rabitə şəbəkəsində Huawei və ZTE -nin istifadəsini qadağan etmişdi. Noyabr ayında Yeni Zellandiya analoji qadağanı tətbiq etmişdir. Son olaraq Belçika hökuməti belə bir qadağa barədə dəqiqləşmə edir.
Qeyd edək ki, Huawei şirkəti Azərbaycanda 15 ildən artıqdır fəaliyyət göstərir. Şirkətin Ölkə üzrə meneceri Çao Zejun-dur. Şirkət Ölkəmizdə fəaliyyət göstərən Telekommunikasiya şirkətləri arasında kifayət qədər populyardır. Bundan başqa çoxfunksional, erqonomik və münasib qiymətə olan mobil cihazları smartfon sevərlərin rəğbətini qazanmışdır.
CaspiNet şirkəti Huawei-nin Azərbaycandakı yerli partnyoru kimi, Sizin bütün müraciət, təklif və iradlarınızı dinləməyə eyni zamanda innovativ həllər ilə sizləri təəccübləndirməyə hazırdır. Bunun üçün Bizimlə Əlaqə saxlamağınız kifayətdir.