Windows 10 (1709) və daha yeni versiya istifadəçiləri Chromium bazasında yaradılan Microsoft EDGE browserini avtomatik formada “Windows Update” vasitəsilə əldə edəcəklər.
Microsoft Şirkəti Chromium Bazasında yaradılan Edge browserini 15 yanvar 2020-ci ildə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Gələcək buraxılışlarda bu yeni Browser Windows-un versiyalarından müstəqil formada yayımlanacaq.
“Növbəti versiya Edge daha tez-tez çevik yenilənmələri ilə fərqlənir. Relizlərin Windowsdan asılı olmayaraq yayəmlanması daha asan formada browserin Windows-da işləməsini təmin edəcəkdir.” deyə Microsoft şirkəti öz açıqlamasında demişdir.
Yeni Edgenin kompüterdə yüklənilməsindən sonra köhnə EDGE-də olan bütün ikonlar, menu elementləri və sairə Windows Yenilənmələri vasitəsilə Yeni Edge-yə köçürüləcəkdir. Korporativ müştərilərə keçidin hiss olunmaz baş verməsi üçün Microsoft şirkəti Blocker Toolkit alətini təklif edir. Qeyd olunan aləti yalnız biznes müştərilər deyil, eyni zamanda “”Windows 10 Home ” Əməliyyət Sistemi istifadəçiləri də istifadə edə bilərlər. Yeganə məhdudiyyət həmin istifadəçilərin Administrator səlahiyyətlərinə malik olmasıdır. Bundan başqa Blocker Toolkit Edge-nin ayrıca manual olaraq yüklənməsinə də imkan verir.
Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.