Google+ aşkarlanan Bug 52.5 milyon istifadəçinin şəxsi məlumatlarının icazəsiz istifadəsinə şərait yaratdı.

Google 2011-ci ildə əsasını qoyduğu Google+ sosial şəbəkəsini Milyonlarla istifadəçilərin məlumatlarının Proqramçılara səhvən əlçatan olduğu aşkaklandıqdan sonra planlaşdırılan vaxtdan daha öncə dayandırmağı planlaşdırır.

Noyabr ayında proqram təminatının yenilənməsi zamanı yaranmış bug 52.5 milyon istifadəçisinə təsir etmişdir deyə, Google-nin rəsmi Bloqunda məlumat verilir.  Aşkar edilmiş Bug proqramçılara 6 gün ərzində istifadəçilərin şəxsi məlumatlarını görməyə imkan verdi.

Google-nin verdiyi məlumata görə boşluq planlı aparılan növbəti test zamanı aşkar edilmiş və aradan qaldırılmışdır.

Oktyabr ayında da Google buna bənzər bug aşkar etmişdir. Həmin vaxt müəyyən edilmiş bug 500000 istifadəçinin məlumatlarını risk altında qoymuşdu.

Google-nin verdiyi məlumata görə aşkar edilmiş bug-ı heç bir 3-cü tərəf istifadə etməmişdir.

Son 2 ayda baş vermiş ikinci belə haldan sonda Google+ sosial şəbəkənin planlaşdırılan müddətdən daha tez yəni 2019-cu ilin aprel ayında dayandırmağı qərara alıb. İlkin planlaşdırılan müddət isə 2019-cu ilin avqust ayı idi. Sistemin açıq olan API-ləri isə 90 gün ərzində dayandırılması gözlənilir.

Bu məqalə barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.