Kibertəhlükəsizliyin ümumilikdə çox mürəkkəb məvhum olması hər kəsə məlumdur. İnternet bu gün digər kommunal xidmətlər ki gündəlik ən vacib ehtiyaclardan birinə çevrilmişdir. İnternet vasitəsilə istifadəçilər istədikləri məlumatları dərhal tapa və ala bilər. Məlumat əldə edə bilmək üçün təəssüf ki istifadəçilər bəzən özləri də bilmədən kiber cinayətkarların qurbanıına çevrilə bilirlər. Xüsusilə azğın düşmənlərimiz və onların havadarlarının Ölkəmizin haqq savaşı zamanı əllərindən gələn mümkün bütün vasitələrlə zərər verməyə çalışırlar.
Bəs nədir bu hücumlarda məqsəd?
- Yalnış məlumatlar yaymaqla vətəndaşlarımız arasında çaxnaşma yaratmaq
- İstifadəçilərə məxsus şəxsi məlumatları email, ad, soyad, ünvan, Şəkil, Şifrə, telefon nömrəsi və sairə əldə etmək və müdaxilə etmək. Daha sonra bu əldə edilmiş məlumatlar əsasında daha unikal hücumlar edə bilmək üçün.
- İstifadəçilərə məxsus cihazlara zərərli tətbiqi yükləməklə həmin cihazı uzaqdan idarə oluna bilən Zombi-bota çevirmək
- İstifadəçi cihazında mövcud olan məlumatları silmək, dəyişdirmək, şifrələmək və ya məlumatları 3-cü tərəfə ötürmək.
- İstifadəçiyə məxsus bank kartları məlumatını əldə edərək istifadəçi kartından gizli müdaxilə etmək.
- Gizli formada istifadəçiyə məxsus və yayılmasına narahat olacağı məlumatları əldə etdikdən sonra şantaj üsulu ilə istifadəçini uzaqdan məcburi idarə etmək.
Bu hücumlardan necə qorunmaq olar?
- Mənbəyi məlum olmayan naməlum tətbiqlərdən istifadə etməmək
- Mümkün qədər sizə məlum olmayan wi-fi şəbəkələrə qoşulmamaq
- Bəzi xüsusi tətbiqləri istifadə edə bilmək üçün mobil cihazları root və ya jail-break etməmək.
- Sosial şəbəkələrə qoşula bilmək üçün naməlum VPN-lərdən istifadə etməmək
- Naməlum şəxslərdən gələn emaillərə daha diqqətli yanaşmaq və əmin olmadığınız emaildə göstərilənləri icra etməmək.
- Xüsusi rəsmi antivirus və firewall (Təhlükəsizlik divarı) tətbiqlərində istifadə etmək.
- Müxtəlif saytlar və sosial şəbəkələr və email servisləri üçün eyni parolu istifadə etməmək.
- Mümkün bütün servislərdə iki mərhələli təhlükəsizlik giriş (MFA) funksionallığından istifadə etmək.
- Sizə məxsus fərdi və maliyyə məlumatları ( Şəxsiyyə vəsiqəsi məlumatları , Bank kartı və bank hesabı nömrələrəi) sorğulayan naməlum email və sms-lərə cavab verməmək.
- Şifrələrinizi heç bir halda nə kağız nə də elektron formada yazaraq saxlamaq. Şifrələri yalnız yaddaşımızda saxlamalıyıq.
- Xüsusilə yetkinlik yaşına çatmayan şəxsləri internetdə istifadə zamanı nəzarətdə saxlamaq və mütəmadi söhbətlər aparmaq.
Əgər Belə bir hal yaşanıbsa nə etməli?
İlk öncə digər daha təhlükəsiz cihazdan mümkün bütün internet hesablarına daxil olaraq giriş məlumatları dəyişdirmək.
Yoluxmuş cihazı internetdən ayırmaq və sonülü saxlamaq. İşlək vəziyyətdə olmadığı zaman kiber hadisələrin araşdırması zamanı daha çox izlər əldə etmək olur. İstifadəyə davam edildiyi zaman vacib ola biləcək məlumatların bir qismi itirilmiş ola bilər.
Araşdırılması və tədbir görülməsi üçün Profesional şəxs və ya şirkətlərin xidmətlərindən istifadə edərək cihazın və fərdi məlumatlarınızın gələcək təhlükəsizliyini təmin etmək.
İnformasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını daim artırmağa çalışmaq
Baş vermiş hadisə xüsusi təhlükəli vəziyyət yaradırsa mütləq hüquq mühafizə orqanlarına vaxt itirmədən məlumat vermək.
İnformasiya təhlükəsizliyi bir dəryadırsa bizim toxunduğumuz məqamlar bu dəryadan bir damladan da kiçikdir. Odur ki, hər birimizin İnternetin həyatımıza bu qədər inteqrasiya etdiyi dövrdə İnformasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını daim artırmağa çalışaq. Unutmayaq ki, zərərin yarısından dönmək də xeyirdir.
Mənbə: https://az.trend.az/business/it/3326770.html
Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.