Marriott Otellər şəbəkəsində 2014-2016-cı illərdə yerləşmiş 500 milyon müştərinin məlumatı oğurlandı.

Dünyanın ən böyük otel şəbəkələrindən biri olan Marriott şirkətində gecələmiş 500 milyon şəxsin məlumatının taleyi bəlli deyil. Marriott-a məxsus Starwood otel rezervasiya sistemi vasitəsilə 2014-2016-ci illər ərzində otəldə qeydiyyatdan keçmiş 500 milyon istifadəçinin məlumatları naməlum kibercinayətkarlar tərəfindən oğurlanmışdır. Oğurlanan məlumatlar arasında müştərilərə məxsus ad, telefon nömrələri, doğum tarixi, gəlmə ve getmə tarixi, Kredit kart nömrəsi  və Passport məlumatlarının olması vəziyyəti daha da qəlizləşdirir. Baxmayaraq ki, oğurlanmış məlumatlar şifrələnmiş formada olub , məlumatların deşifrə olunması kibercinayətkarlar üçün o qədər də əlçatmaz olmadığı hamıya məlumdur. Bu barədə Marriott şirkətinin CEO-nun münasibətini olduğu kimi originaldan təqdim edirik: “We fell short of what our guests deserve and what we expect of ourselves. We are doing everything we can to support our guests, and using lessons learned to be better moving forward,” 

Baş vermiş hadisədən dərhal sonra Marriott-un səhmləri 9$ ucuzlaşaraq 122$-dan 113$-a qədər geriləmişdir.

Əlavə olaraq qeyd edək ki, Məlumatların təhlükəsizliyinin təmin olunması hal hazırda bütün dünyada ən aktual məsələlərdəndir. Məhz bu səbəbdən məlumatların saxlanılmasında maksimum diqqətli olmalıyıq. Xüsusilə pirat proqram təminatlarının yerinə legal lisenziyalı proqram təminatından istifadə etmək lazımdır.

Bu məqalə barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.