Microsoft Ignite Cloud Skills Challenge ilə Microsoft imtahanına giriş üçün pulsuz Voucher

Bu məqalədə Microsoft Ignite Cloud Skills Challenge Mart 2021 -də iştirak qaydaları və bunun nəticəsində sertfikat imtahanlarına necə pulsuz daxil olmaq barədə məlumat verəcəyik.

Hərkəsə məlumdur ki, Microsoft Sertifikatlarını uğurla vermək hər bir Microsoft sevərin arzusudur. Eyni zamanda Şirkət bazardakı öz mövqeyini möhkəmlətmək, o cümlədən ona məxsus məhsulları daha detallı bilən mühəndislər yetişdirmək Microsoftun əsas inkişaf istiqamətlərindən biridir. Məhz bu səbəbdən Microsoft şirkəti Aşağıda sadalanan imtahanlarda pulsuz iştirak etmək üçün 2 mart 2021 16:00 UTC tarixindən 30 mart 2021 16:00 UTC tarixinə qədər Microsoft Ignite Cloud Skills Challenge ( yarışma) keçirəcəkdir.

Ümumi məlumatlar

  • Yarışmaya qatılmaq üçün email ünvanı ilə Microsoft Ignite Cloud Skills Challenge – March 2021 qeydiyyatdan keçmək lazımdır. Sizə pulsuz sertifikat imtahanları barədə detallı məlumat gələcəkdir.
  • Microsoft Ignite Cloud Skills Challenge – March 2021 yarışmasını uğurla bitirən iştirakçılar müvafiq imtahanı pulsuz verə bilmək üçün voucher əldə edəcəkdir.
  • Yarışma nəticəsində hər iştirakçı yalnız 1 göstərilən imtahanda Pearson Vue online proctoring saytı vasitəsilə pulsuz iştirak hüququ qazanacaqdır.

Hansı imtahanlara pulsuz voucher əldə etmək olar?

Xüsusi şərtlər

  • Bu imtahanlara pulsuz giriş icazələri 7 aprel 2021-ci il tarixindən 30 iyun 2021 tarixinə qədər keçərlidir.
  • Bu tarixlər heç bir üzürlü və ya üzürsüz səbəblə uzadıla bilməz.
  • Hər bir istifadəçi yalnız 1 dəfə və yalnız 1 imtahan üçün müraciət edə bilər.
  • Təqdim ediləcək transfer oluna bilməz və ya pul qarşılığı ilə geri qaytarıla bilməz.
  • Kuba, İran, Şimali Koreya, Sudan və Suriya ölkələrindən Microsoft Ignite Cloud Skills Challenge – March 2021 müraciətlər qadağan edilmişdir.

Əlavə suallar və yardım üçün bu keçiddən istifadə edin: Microsoft Certification Support. Müraciətlərinizə 1 iş günü ərzində baxılacaqdır.

Qeyd edək ki, qeydiyyat hələ açıq deyil amma indidən emaili qeyd etməklə, öncəlikli məlumat ala bilərsiniz.
https://csc.docs.microsoft.com/ignite/registration/March2021

Eyni zamanda bildirmək istəyirik ki, Şirkətimiz Microsoftun Azərbaycandakı Silver statuslu rəsmi partnyorudur. Microsoft Bulud texnologiyalarının tətbiqi ilə Biznesinizin dayanıqlılığını və inkişafını təmin etmək üçün A-dan Z-ə qədər bütün məsləhət və mühəndis dəstəyini tamamilə ödənişsiz əsaslarla göstərməyə hazırdır.

Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.