netty 2019

“NETTY BEST EXPERT 2019” mükafatı CaspiNetin direktoruna təqdim olundu.

Yarışmaya ekspert olaraq dəvət olunan CaspiNet MMC-nin direktoru Mətlub Qayıbova “NETTY BEST EXPERT 2019” mükafatına layiq görülmüşdür.

Qeyd edək ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. 2004 ildə təsis edilmişdir.
MÜSABİQƏ HAQQINDA

Bu il Yarışmaya ümumilikdə 15 nöminasiya üzrə layihələr qəbul olunaraq qiymətləndirilməyə alınmışdır. Qiymətləndirmənin sonuncu olaraq içlərindən ən yaxşı 15 layihə seçilərək 19.06.2019 tarixində Park INN otelində baş tutan mükafatlandırma mərasimində müxtəlif prizlərlə və sertifikatlarla təltif olunmuşdur.

Mərasimin iştirakçıları ölkənin ən böyük İT-şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV və çoxsaylı qonaqlar oldu. Bu il qalib olan şəxslər:

İdman və Sağlamlıq: https://www.saglamaile.az
İqtisadiyyat və Biznes: https://atabank.com
Təhsil və Elm: http://www.bildilchin.az
Mədəniyyət və Yaradıcılıq: http://shekiculture.az
İnformasiya və Xəbərlər: https://www.local.az
Elektron xidmətlər və Elektron kommersiya: http://www.limartis.az
Cəmiyyət və Ailə: https://4kids.az
Turizm və İstirahət: https://swtravel.az
Dövlət: http://intangible.az
Ən yaxşı social səhifəsi: www.fb.com/eVisaAzerbaijanAsan
Virtual münsiflər seçimi: http://inloya.com
İlin ən yaxşı videolayihəsi: Balta cizgi serial
İlin mobil tətbiqi: BirBank
İlin İT-Hadisəsi:
– Yeni açılan inzibati binada DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) tərəfindən avtomatlaşdırılmış xidmətlərin göstərilməsi.
– Azərbaycanda birinci blokçeyn layihəsinin işə salınması avtomatlaşdırılmış xidmətlərin göstərilməsi.
İlin Eksperti: Mətlub Qayıbova

Hər zaman İKT layihələrinə dəstək olan Şirkət olaraq, bu ildə CaspiNet ailəsi adından ” Təhsil və Elm “nominasiyası üzrə qalibə xüsusi olaraq, Microsoft şirkətinin distributoru olan Muk şirkəti və CaspiNetin adından Dəyərli hədiyyə təqdim edilmişdir.

Bu münasibətlə bütün qalib layihələri və göstərdiyi dəstək üçün şirkətimizin direktoru Mətlub Qayıbovanı kollektivimiz adından təbrik edirik.

Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.