Azərbaycan Respublikasının Baş naziri Cənab Novruz Məmmədovun 30 aprel 2018-ci il tarixində imzaladığı “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli qərarında dəyişikliklər edilməsi barədə №191 saylı qərar imzalanmışdır. Bu qərar İnternet xidmətləri göstərən provayderlərin qeydiyyat prosedurlarının sadələşməsi üçün atılan önəmli və çoxdan bəri gözlənilən qərar idi.
2013-cü ildən Azərbaycan Respublikasında fəaliyyət göstərən Host provayderi olan CaspiNet MMC olaraq bu qərarı əsas götürərək Uçota düşmək barədə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi müraciət edilmişdir. Müvafiq araşdırma aparıldıqdan sonra CaspiNet MMC 16.04.2019 tarixində Host Provayder olaraq rəsmi qeydiyyata alınması barədə qərar qəbul edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin birinci müavini Cənab Əli Abdullayevin imzaladığı bildiriş bizə göndərilmişdir. Bu barədə məlumat Mincom.Gov.Az saytının Uçota alınmış operatorlar və provayderlər barədə məlumat səhifəsinə əlavə edilmişdir. Uçota alınmanı təsdiq edən bildirişi aşağıda görə bilərsiniz.
Əlavə olaraq qeyd edək ki, CaspiNet MMC-nin Hostinq xidmətləri Bütünlüklə Amazon şirkətinin şərqi Avropada yerləşən Data mərkəzində yerləşir. Hostinq Xidmətinin göstərilməsi üçün WHM, Kernel Care, Cloud Linux, WHMCS kimi bu sahədə dünya ideri olan sistemlər və texnologiyalar istifadə olunmaqdadır.
Əgər siz də şirkətiniz və ya şəxsi veb proektlərinin üçün dayanıqlı və sərfəli veb hostinq əldə etmək istəyirsinizsə, 5 AZN-dən başlayan qiymətlərlə bu xidməti sizə göstərməyə şad olarıq.
Bu məqalə barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.