facebook cərimələndi

Rusiya “Facebook” və “Twitter”-i 3000 rubl məbləğində cərimələdi

Rusiya Federasiyası “Facebook”-u Ölkənin məlumatların saxlanılması ilə bağlı qəbul olunmuş qaydaları pozduğu üçün 3000 rubl , təqribən 47$ cərimələdi.

Ötən ilin dekabr ayında Şimal qonşumuzunun İnterner netin tənzimlənməsinə cavabdeh qurumu olan Roskomnadzor/Роскомнадзор TwitterFacebook şirkətlərinə sorğu göndərərək Rusiya vətəndaşlarına məxsus məlumatların handa saxlanıldığı barədə məlumat təqdim etmələrini tələb etmişdi.

Sosial Media platformaları olan FacebookTwitter 1 ay ərzində Rusiya hökumətinin sorğusuna cavab vermədiyi üçün Məhkəmənin qərarı ilə hər iki şirkət ayrı ayrılıqda 3000 rus rublu cərimələnmişdir. Əgər cərimənin miqdarı sizə təəccüblü gəlirsə, bunun əsil səbəbi Rusiya qanunvericiliyinin 19.7 bəndinə əsasən şirkətlərə maksimum 5000 rubl olmaqla tətbiq oluna bilər.

Şəxsi məlumatların qorunması haqda qanun layihəsi 2014-cü ilin iyulunda qəbul olunub. Tətbiqinə isə 2015-ci ilin sentyabr ayının 1-dən başlanılmışdır.

Tətbiq olunan cərimələrin ödənilməsi Sosial şəbəkə nəhəngləri üçün bu gün çətin olmayacağına heç kimin şübhəsi yoxdur. Qeyd olunan məsələ ilə bağlı Rusiya hökuməti ilə razılığa gələ bilmədikləri təqdirdə, Roskomnadzor-un bütün Rusiya Federasiyası daxilində həmin sosial şəbəkələrə girişin məhdudlaşdırılması kimi səlahiyyətlərindən istifadə edə bilər.

Qeyd edək ki, Roskomnadzor buna qədər də Ölkə qaydalarına riayət etməyən çox sayda veb saytları bloklamışdır.

Bundan əlavə Rusiya bu kimi texlogiya nəhənglərinə qadağalar tətbiq edən ilk ölkə deyildir. Buna qədər İran və Çin höküməti bütün texnologiya şirkətlərinə, onların vətəndaşları barədə məlumatların ölkənin sərhədləri daxilində saxlanılması kimi tələb irəli sürmüşdür.

Bu məqalə barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqəbölməsindən yaza bilərsiniz.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir