Spam Təhlükəsi durmadan artır. Bəs sizin Müdafiə mexanizminiz necə?

Heç kimə sirr deyil ki, hal hazırda elektron poçt və emaillər biznesin ayrılmaz hissəsisdir. AntiSpam Texnologiya nə qədər inkişaf etməyindən asılı olmayaraq bunun əksinə spammerlər də  öz texnikalarını mükəmməlləşdirərək hədəflərinə nail olmağa çalışırlar. 2018-ci il sonunun yaxınlaşması ilə əlaqədar Spammerlər (Spam göndərən şəxslərə belə deyirlər) yenidən aktivləşiblər.

Cisco şirkətinin TALOS İntellektual Kiber Təhlükəsizlik mərkəzinin verdiyi məlumata görə  Noyabr ayında dünya üzrə göndərilən bütün emaillərin 85.33%-i məhz spam olmuşdur. Aşağıdakı cədvəldə noyabr ayının günləri üzrə dünyada göndərilən Spam sayı və artım tempini görmək mümkündür.

Əgər Spamların sizin işləriniz üçün də maneə olduğu qənaətinizdəsinizsə, o zaman Microsoft Office365 ilə tanış olmağa hazır olun.

Microsoft şirkəti Office365 istifadəçilərinə bir neçə mərhələli Spamla mübarizə mexanizmləri təklif edir.

1-ci mərhələ-də email Göndərənin reputasiyası, Geo İp  bazası, göndərilən Domen adının qara sifahısında olub olmaması yoxlanılır. Əgər göndərənin ünvanı və göndərilən domen adı və ya email ünvanı beynəlxalq qara siyahılarda yoxdursa proses növbəti mərhələyə keçir.

2-ci mərhələ  Göndərilən domenin həqiqiliyi, Reverse DNS Record (PTR) , Caller-ID– hal hazırda bunu  SPF (Sender Policy Framework) record əvəz edir, DKIM (DomainKeys Identified Mail), DMARC (Domain-based Message Authentication, Reporting, and Conformance) recordları ilə yoxlanılır.

3-cü mərhələ  Yalnız yuxarıda göstərilən 2 mərhələni keçən emaillər, AI (Artificial İntelligence) və ML (Machine learning) imkanları ilə başlıq və mıtn hissəsi avtomatik rejimdə yoxlanılır.

Yalnız bu mərhələlərdən keçən emaillər sizin Gələnlər (İnbox) qovluğunuzda görünəcəkdir. Əgər bu tədbirlər sizi qane etmirsə, öz elektron poçtunuzda və ya domeninizdə-(Əgər siz domen Adminsizsinizsə) unikal spam qaydaları hazırlayaraq tətbiq edə və ya bizimlə əlaqə saxlayaraq yuxarıda sadalanan və sadalanmayan digər tədbirləri bizim mütəxəssislərimizə həvalə edə bilərsiniz. Həm də bu işlər tamamilə PULSUZ olaraq həyata keçiriləcəkdir.

Əlaqə üçün,

Tel: +994518707427

Email: office@caspinet.com

Buna əlavə olaraq, növbəti məqalədə sizlərər yuxarıda adları sadalanan Recordlar barədə daha ətraflı yazacağam. Bu silsilə yazıları izləmək üçün üzv olmağı unutmayın.

Bu məqalə barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.