Wordpress 5.0 Bebo

WordPress 5.0 versiyası işıq üzü gördü.

Müassir dövrdə Veb saytları İdarəetmə panellərsiz (CMS – Content Management System) təsəvvür etmək mümkün deyil. Veb sayt sahibləri istəkdən və ehtiyacdan dolayı müxtəlim CMS-lər seçirlər. Ən məşhur olanlara misal üçün WordPress, Joomla, Drupal, 1c Bitrix və sairələrini göstərmək olar. Onların arasında məhz Wordpress-i 1-ci yazmağım heç də təsadüfi deyildir. 2018-ci ilin statistikasına əsasən Wordpress Dünyada ən çox istifadə olan CMS-dir. Onun pazar payı bütün CMS-lər arasında 59.5%-dir. Heç təsadüfi deyildir ki, Bütün dünyada mövcud olan veb saytların ümumilikdə 32.5%-i məhz bu idarəetmə panelindən istifadə edir. 

06 dekabr 2018 tarixində WordPress 5.0 versiyası yüklənmək üçün ictimaiyyətə açıq elan olundu. bu versiya məşhur Kuba Jazmeni Bebo Valdés şərəfinə onun adı ilə adlandırılmışdır. 


WordPress 5.0 “Bebo” versiyasında hansı Yeniliklər var?

Ən böyük dəyişiklik məhz yeni mətn redaktorunun tətbiqi ilə bağlıdır. Buna əlavə olaraq, sərhədsiz redaktə zonası Veb sayt redaktorlarına inanılmaz rahatlıq və sərbəstlik gətirmişdir. Enyi zamanda blok konstruktoru vasitəsilə daha rahat şəkildə səhifə daxilində bölmələr yara bilər, eyni zamanda onlara məxsusi parametrlər verə bilərsiniz. Fikrimcə aşağıdakı qısa video son yenilənmələri göstərmək üçün lap yerinə düşəcəkdir.

Sistem tələbləri

WordPress 5.0 -da  Nginx  istifad’əsi tövsiyyə olunur.

WordPress -in qurulum qaydaları, istifadəsi, SEO optimizasiya və Təhlükəsizlik qaydaları haqqında yaxın zamanda silsilə məqalələrlə bloqumuzda tanış ola biləcəksiniz.

Bu məqalə barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.