Bulud nədir?
Bulud Ənənəvi İT infrastrukturun transformasiya olunmuş formasıdır- desək yanılmarıq. Əslində İnternetdə, email xidmətindən istifadəyə başladığımız zaman biz Bulud texnologiyalara keçmiş hesab olunurduq.
Günümüzdə Transformasiya etməyən şirkətlərin necə süqut etdiyi heç kimə sirr deyil. Zamanın nəbzini tutaraq hər zaman İLK-lərdə olmaq üçün biznesinizin inkişafı üçün mümkün bütün texnoloji yenilikləri nəzərdə saxlamaq və strategiyanı bu istiqamətdə yönləndirmək mütləqdir.
CaspiNet şirkəti olaraq aşağıdakı Bulud Provayderlərin rəsmi tərəfdaşıyıq
Microsoft Azure
AWS- Cloud Computing Services
Platinium Partner
TierIII standartlı milli Data Mərkəz
Bulud Texnologiyalar əsasən 3 (IaaS, PaaS, SaaS) formada mövcuddur. Bəzi mənbələr bunun 4 və daha çox olduğunu göstərir. Bu modellərin komponentlərini aşağıdakı şəkildə daha detallı görmək mümkündür.
Yuxarıda göstərilən Bulud modellərinin komponentlərindən də göründüyü kimi IaaS əsasən Daha spesifik tələbatlar üçün nəzərdə tutulmuş proektlər üçün, PaaS əsasən Developerlər və İnfrastrukturu düşünmədən Bulud üzərindən xidmət təşkil etmək istəyən bizneslər üçün, SaaS isə Heç bir İT xərc çəkmədən yalnız Xidmətlərdən istifadə etmək istəyənlər üçündün. Beləliklə ilk model IaaS-dır.
Infrastructure as a Service – IaaS bulud modelində Bulud provayder Öz Data mərkəzində Bütün infrastrukturu saxlayır. Bu infrastruktura Serverlər, Storage-Saxlanc yerləri, Şəbəkə avadanlıqları və Virtuallaşdırma üçün lazım olan Hypervisor daxildir.
IaaS – Şəbəkə vasitəsilə Bulud provayderin portalına daxil olan müştəriyə, Provayderin təqdim etdiyi Hypervisor vasitəsilə Bulud infrastrukturda, ona lazım olan parametrlərə malik Virtual Server və ya serverlər yaratmağa onları klasterizasiya eləməyə, alt şəbəkələr yaradaraq onlar arasında məlumat mubadiləsinin qaydalarını təyin etməyə, yaratdığı virtual serverlərə ona lazım olan OS – Əməliyyat sistemi yükləyərək, RDP, SSH və ya console- konsol kimi tətbiqlərlə bu serverlərə qoşula bilərlər. Bu Bulud modelində Serverlə bütüm hüquqlu administrator və ya root girişi etdiyiniz üçün istənilən tətbiqi yükləyə istifadə edə və ya internet üzərindən yayımlaya bilərsiniz.
IaaS provayder digər infrastruktur komponentlərini də müştərilərə təklif edir. Bunlara misal olaraq, Billing- Avtomatik ödəniş sistemləri, Monitorinq, Log- Hadisə və əməliyyatların tarixçəsi, Load Balancing
( Yüklərin paylaşdırılması/tarazlaşdırılması) və Clustering -Klasterizasiya və ya bir neçə resusun vahid bir resus kimi istifadəsi, Backup -Rezerv nüsxələnmə, replikasiya və bərpa xidmətini göstərmək olar.
Platform as a Service – PaaS bu model IaaS modelindən daha üst modelidir. Əgər siz proqramçısınız və Serverdə olan OS – Əməliyyat sistemi, DB – Məlumat bazası (MySQL, MsSQL, PostgreSQL) kimi sistemlərin platformasını təşkil edən komponentlərlə görə cavabdeh olmaq istəmirsinizsə bu model tam sizə görədir. Bu halda siz yalnız bu platforma üzərində quracağınız proqrama cavabdehlik daşıyacaqsınız.
Əsas üstün tərəfləri sizi İnfrastruktur, Şəbəkə, ƏS, yenilənmələr, patchlar, və buglarla məşğul etməkdən azad edir. Eyni zamanda Əməliyyat sistemi, Backup nüsxələnmə, Antivirus, Məlumat bazası lisenziyası üçün külli miqdarda ödəniş etməyinizə ehtiyac yoxdur.
Software as a Service – SaaS bu modeldə müştəri yalnız Bulud provayder tərəfindən təqdim olunmuş proqram təminatlarından istifadə hüquqlarına malik olur. Buna misal olaraq, WebMicrosoft Office365 və ya Google G Suite məhsullarını göstərmək olar. Bu model əsasən Yeni başlamış biznes sahiblərinə və ya xüsusi olaraq İnfrastruktura, Platformaya, proqram təminatına cavabdehlik daşıya biləcək ayrılmış əməkdaşları olmayan Bizneslər üçün uyğundur. Əsas çatışmayan cəhəti isə lazım olduğu təqdirdə belə İnfrastruktur , Platforma və ya proqram təminatı səviyyəsində sistemə heç bir müdaxilə və dəyişiklik etmək mümkün deyildir. Siz yalnız müqavilə çərçivəsində xidmətdən istifadə edən müştərisiniz. Yekun olaraq qeyd etmək lazımdır ki, Bulud modellərdən istifadə bugünün və sabahın texnologiyasıdır. İqtisadi səmərəlik baxımından 3-5 və daha uzunmüddətli strategiyası olan şirkətlərin seçimidir. Çünki Bulud sizə İT xərclərinizə 70%-dək qənaət etmənizə şərait yaradır. Hal hazırda böyük holdinq və şirkətlər kütləvi şəkildə öz daxili Data Mərkəzlərindən tam və ya qismən imtina edərək Buluda miqrasiya edirlər. Belə olan təqdirdə sizə yalnız hansı modelin seçimini etmək qalır.
- Hansı Bulud modelini seçmək lazımdır.
- Seçilmiş bulud modelini səmərəli bulud provayderin təyini.
- Total Cost of Ownership (TCO) iqtisadi səmərəliyin hesablanması.
- Miqrasiya planının hazırlanması.
- Minimal biznes təsir ilə Buluda Miqrasiyanın təşkili.
- Hibrid Bulud infrastrukturunun qurulması.
Əlavə yaranmış bütün Sual və təkliflərini ünvanlamaq üçün Bizimlə Əlaqə bölməsinə küçməyiniz kifayətdir.