Infrastructure as a Service – IaaS bulud modelində Bulud provayder Öz Data mərkəzində Bütün infrastrukturu saxlayır. Bu infrastruktura Serverlər, Storage-Saxlanc yerləri, Şəbəkə avadanlıqları və Virtuallaşdırma üçün lazım olan Hypervisor daxildir.
IaaS – Şəbəkə vasitəsilə Bulud provayderin portalına daxil olan müştəriyə, Provayderin təqdim etdiyi Hypervisor vasitəsilə Bulud infrastrukturda, ona lazım olan parametrlərə malik Virtual Server və ya serverlər yaratmağa onları klasterizasiya eləməyə, alt şəbəkələr yaradaraq onlar arasında məlumat mubadiləsinin qaydalarını təyin etməyə, yaratdığı virtual serverlərə ona lazım olan OS – Əməliyyat sistemi yükləyərək, RDP, SSH və ya console- konsol kimi tətbiqlərlə bu serverlərə qoşula bilərlər. Bu Bulud modelində Serverlə bütüm hüquqlu administrator və ya root girişi etdiyiniz üçün istənilən tətbiqi yükləyə istifadə edə və ya internet üzərindən yayımlaya bilərsiniz.
IaaS provayder digər infrastruktur komponentlərini də müştərilərə təklif edir. Bunlara misal olaraq, Billing- Avtomatik ödəniş sistemləri, Monitorinq, Log- Hadisə və əməliyyatların tarixçəsi, Load Balancing
( Yüklərin paylaşdırılması/tarazlaşdırılması) və Clustering -Klasterizasiya və ya bir neçə resusun vahid bir resus kimi istifadəsi, Backup -Rezerv nüsxələnmə, replikasiya və bərpa xidmətini göstərmək olar.