Biznesinizi daha təhlükəsiz edək…
Texnologiya dünyası, Əşyaların İnternetinin (IoT) yüksəlişindən tutmuş ənənəvi olan təşkilatın daxili tətbiqləri üzərindən SaaS-in (bir xidmət kimi proqram təminatı) qəbul edilməsi ilə davamlı olaraq inkişaf edir.
Təbii ki, texnologiyalar əvəz edildikcə təhlükə mənzərəsi də dəyişir.
Buna baxmayaraq, bir çox təşkilatlar öz texnologiyalarını İT, informasiya təhlükəsizliyi, satınalma və risk üzrə mütəxəssislərin məsləhəti və ya göstərişi olmadan dəyişdirirlər.
İdarə olunan Təhlükəsizlik Xidmətləri Provayderi (MSSP) olaraq biz, cari təhlükə mənzərəsində müasir təcrübəmizlə müştərimizin etibarlı tərəfdaşı kimi çıxış edirik.
Komandanıza qosulmağımızla 7/24 istər şəbəkə təhlükəsizliyi monitorinqi, istər Virtual CISO Xidmətləri, istərsə də Penetrasiya Testi ilə bağlı yardım ehtiyacınızı qarşılaya bilərik.
İnformasiya Təhlükəsizliyi Xidmətləri
Virtual CISO
Biz sizin Virtual Baş İnformasiya Təhlükəsizliyi Mütəxəssisiniz (vCISO) kimi fəaliyyət göstərərək, təşkilatınıza ixtisaslaşmış kibertəhlükəsizlik təcrübəsini gətirə, “yetkin” kibertəhlükəsizlik proqramını tərtib edə və xüsusilə riski azalda bilərik. Təşkilatınız üçün təyin olunmuş CISO nəinki sərfəli, həm də yüksək effektivliyə malikdir.
Kibertəhlükəsizlik üzrə Konsaltinq
Penetrasiya Testi
Şəbəkə Təhlükəsizliyinin Monitorinqi
7/24 Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzimiz kritik aktivlərə qarşı olan hücumları məlumatları pozmasından əvvəl aşkar etmək üçün biznesinizi ən müasir təhlükə kəşfiyyatı ilə qoruyur. Bizimlə əlaqə saxlayaraq real zamanda daimi log saxlama ilə nə baş verdiyindən xəbərdar ola bilərsiniz.