YARANMA TARİXİ

CaspiNet MMC 2013-cü ildə bir pəncərə prinsipi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində VÖEN: 1502381671 ilə qeydiyyata alınmışdır. İlk bir il yalnız veb saytların hazırlanması və hostinq xidmətləri göstərmişdir. 2014-cü ildə göstərilən xidmət istiqamətlərini artıraraq leqal proqram təminatlarının satışı, LAN və WAN şəbəkələrin qurulması və texniki dəstək işləri ilə məşğul olmağa başlamışdır. Elə həmin il Microsoft Authorised Education Reseller (hal-hazırda MEPN) statusunu alaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutunda “Live@Edu” (hal-hazırda Office 365) layihəsini icra etmişdir. Texniki dəstək göstərilən kompüter və serverlərin ümumilikdə sayı 1000-i keçmişdir.2018-ci ildən Microsoft CSP proqramına qoşularaq, Microsoftun Bulud üzərindən bütün həllərini öz müştərilərinə təklif etməkdədir. Hal hazırda MONT, Elcore, Softprom ERC kimi distributor kanalları ilə ümumilikdə 100-dən daha çox vendorun məhsullarını təklif və təmin etməkdədir.

CaspiNet RƏQƏMLƏRLƏ

0 +
Hostinq müştərisi
0 +
Veb layihələr
0 +
Dəstək göstərilən PC
0
Tərəfdaşlarımız
0 +
Müştərilərimiz

BİZİM MİSSİYAMIZ

 

  • Ən son texnoloji yeniliklərin ölkəmizdə tətbiqinə nail olmaq.
  • Leqal proqram təminatından istifadənin ölkəmizdə genişlənməsini təmin etmək.
  • Şirkətlərin Bulud həllərdən istifadə ilə layihə xərclərinə qənaəti təmin etmələrinə dəstək olmaq.
  • Gənc, bacarıqlı və potensiallı kadrların yetişməsi üçün tamamilə pulsuz olan təlim proqramlarını həyata keçirmək.
  • Bizimlə birgə işləyən müştəri və tərəfdaşlarımızı keyfiyyətli işimiz və yüksək peşəkarlığımızla məmnun etmək.

BİZİMLƏ ƏLAQƏ

Tel/Whatsapp:
+994 50 303 83 71

Satış:
office@caspinet.com

Texniki:
support@caspinet.com