Fiziki Təhlükəsizlik Sistemləri həlli
Müasir təşkilatlar üçün yalnız rəqəmsal deyil, fiziki mühitin təhlükəsizliyi də prioritet məsələdir. CaspiNet MMC olaraq, obyektlərin, əməkdaşların və məlumat infrastrukturunun fiziki qorunması üçün tam inteqrasiya olunmuş təhlükəsizlik sistemləri qururuq.
CaspiNet ilə Qorunan Mühit Yaradın
Təhlükəsizlik yalnız texnologiya ilə deyil, doğru layihələndirmə və operativ nəzarət sistemi ilə mümkün olur. CaspiNet komandası obyektin tipinə, ölçüsünə və risk səviyyəsinə uyğun fiziki təhlükəsizlik strategiyası hazırlayır və tətbiq edir.
Təhlükəsizlik təsadüf olmamalıdır – CaspiNet ilə biznesiniz üçün planlı və peşəkar qoruma əldə edin.
Video Müşahidə Sistemləri (CCTV)
Hikvision-un yüksək keyfiyyətli video sistemləri əsasında obyektin hər nöqtəsini əhatə edən müşahidə infrastrukturunu layihələndirir və qururuq:
- IP və HD-TVI kameralar (daxili, xarici, PTZ, termal və s.)
 
- NVR və DVR yazıcı sistemləri
 
- AI əsaslı analiz imkanları (hərəkətə reaksiya, obyekt tanıma, insan-sayma və s.)
 
- Bulud və lokal arxivləşdirmə (Hybrid Storage arxitekturası)
 
- Mobil və web üzərindən canlı nəzarət imkanı
 
Giriş Nəzarət Sistemləri
Hikvision-un Access Control həlləri ilə müəssisə daxilində işçilərin və ziyarətçilərin hərəkətləri tam nəzarətdə olur:
- Kart, biometrik (barmaq izi, üz tanıma), PIN əsaslı sistemlər
 
- Turniket və avtomatik qapı inteqrasiyası
 
- Vaxt-hesabat və əməkdaş davamiyyəti (Time & Attendance) modulları
 
- Zonalar üzrə fərqli icazə səviyyələri və real vaxt nəzarəti
 
Perimetr və Sensor Sistemləri
Açıq sahələr, anbarlar və kritik ərazilər üçün əlavə fiziki müdafiə həlləri:
- Hərəkət sensorları, vibrasiya detektorları və siqnalizasiya sistemləri
 
- Infraqırmızı və lazer əsaslı perimetr mühafizəsi
 
- Təhlükə halında avtomatik xəbərdarlıq və inteqrasiya olunmuş cavab mexanizmləri
 
- Video ilə sinxron işləyən təhlükə zonası sistemi
 
Sistemin İnteqrasiyası və İdarəetmə
CaspiNet, təhlükəsizlik sistemlərini digər İT və idarəetmə sistemləri ilə tam inteqrasiya şəklində təqdim edir:
- CCTV + Access Control + Fire Alarm inteqrasiyası
 
- İdarəetmə üçün HikCentral və ya digər VMS platformaları
 
- Real-time dashboard və hadisə xəbərdarlıqları
 
- Ehtiyat enerjiləndirmə və UPS dəstəyi ilə fasiləsiz işləmə
 
Sizə xidmət göstərəcək
Tərəfdaşlarımız
CaspiNet, dünyanın aparıcı texnologiya istehsalçıları ilə rəsmi tərəfdaşlıqlara malikdir.