CaspiNet IT Solutions

IT Audit və Məsləhət xidmətləri

CaspiNet MMC, təşkilatlara kompleks İT audit və peşəkar məsləhət xidmətləri təqdim edir. Məqsəd — resurslardan daha səmərəli istifadə, təhlükəsizlik səviyyəsinin artırılması və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsidir.

CaspiNet ilə Doğru Texnologiya Seçimi və İT Risklərin Azaldılması 

Təşkilatınızın İT infrastrukturu ilə bağlı strategiyanı müəyyənləşdirmək, riskləri aşkarlamaqtəkmilləşmə istiqamətləri tapmaq üçün CaspiNet-in texniki mütəxəssisləri və konsaltinq komandası xidmətinizdədir. 

Doğru qərarlar məlumatlı analizi ilə mümkündür– CaspiNet ilə etibarlı İT idarəetməsi əldə edin. 

İT Audit Xidmətləri

CaspiNet-in audit xidmətləri ilə İT sistemlərinin texniki və idarəetmə səviyyəsində vəziyyəti tam təhlil olunur: 

  • Şəbəkə infrastrukturunun qiymətləndirilməsi (LAN/WAN/WLAN) 
  • Server və saxlanma sistemlərinin funksionallıq və yüklənmə təhlili 
  • Virtualizasiya, backup və bərpa strategiyalarının yoxlanılması 
  • Təhlükəsizlik auditləri (firewall, endpoint, şəbəkə girişləri, antivirus və s.) 
  • Tənzimləyici uyğunluq yoxlamaları (ISO 27001, ARMB tələbləri, DLP və s.) 

Nəticə olaraq, müştəriyə Rəqəmsal Risk HesabatıTəkmilləşdirmə Planı təqdim olunur. 

Məsləhət və Rəqəmsal Strategiya

Audit nəticələrinə əsaslanaraq və ya müstəqil olaraq, CaspiNet təşkilatlara İT infrastrukturunun inkişafı üzrə aşağıdakı sahələrdə məsləhət verir: 

  • İT strategiyanın qurulması və texnologiya yol xəritəsinin hazırlanması 
  • Yeni sistemlərin seçimi və tətbiqi üçün vendor qiymətləndirməsi və texniki əsaslandırma 
  • Buluda keçid və ya hibrid arxitektura üzrə məsləhətlər 
  • İT xidmətlərinin avtomatlaşdırılması və idarəetmə sistemlərinin tətbiqi 
  • İT xərclərinin optimallaşdırılması və resursların miqyaslandırılması 

Xidmət Formatları

CaspiNet-in audit və məsləhət xidmətləri müxtəlif formatlarda təqdim olunur: 

  • Birdəfəlik texniki audit və hesabat 
  • Layihəəsaslı texniki konsultasiya və təchizat müşayiəti 
  • İllik konsaltinq müqaviləsi çərçivəsində davamlı dəstək və yönləndirmə 

Sizə xidmət göstərəcək

Tərəfdaşlarımız

CaspiNet, dünyanın aparıcı texnologiya istehsalçıları ilə rəsmi tərəfdaşlıqlara malikdir.