CaspiNet IT Solutions

IT İnfrastruktura Texniki Dəstək həlli

İT sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsi istənilən biznesin dayanıqlığı üçün əsas şərtdir. CaspiNet MMC, müştərilərinə şəbəkə, server, təhlükəsizlik və istifadəçi infrastrukturlarının istismarı və problemlərinin həlli üçün peşəkar texniki dəstək xidmətləri təqdim edir.

CaspiNet ilə Daimi Texniki Etibarlılıq 

Biznesinizin İT infrastrukturu CaspiNet-in nəzarətində olduqda siz daha az dayanıqlılıq problemi, daha çox etibarlılıq və operativlik əldə edirsiniz. Peşəkar texniki komandamızla preventiv yanaşma, təhlükəsizlik fokuslu idarəetməçevik həllər təqdim edirik. 

Problemləri biz həll edək, siz biznesinizə fokuslanın. 

SLA əsaslı dəstək xidmətləri

CaspiNet müştərilərlə Xidmət Səviyyəsi Sazişi (SLA) əsasında işləyir. Bu, xidmətin müddəti, reaksiya vaxtı və dəstək səviyyəsini əvvəlcədən müəyyən etməyə imkan verir: 

  • 24/7 texniki dəstək və monitorinq 
  • insidentlərin prioritetlərə görə cavablandırılması 
  • Reaksiya və bərpa müddətinə zəmanət 
  • İllik texniki audit və proaktiv yoxlamalar 

Uzaqdan və yerində xidmətlər

CaspiNet komandası həm uzaqdan (remote), həm də yerində (on-site) texniki müdaxilə imkanlarına malikdir: 

  • Uzaqdan diaqnostika, troubleshooting və konfiqurasiya 
  • Yerində hardware dəyişimi və fiziki müdaxilələr 
  • Sistemlərin backup bərpası, antivirus və təhlükəsizlik yeniləmələri 
  • Təhlükəsizlik insidentlərinə operativ müdaxilə 

Əhatə dairəsi

Dəstək xidmətlərimiz aşağıdakı sistem və texnologiyaları əhatə edir: 

  • Cisco, Dell və Fortinet avadanlıqları 
  • VMware və Microsoft server infrastrukturları 
  • Microsoft 365, Azure və bulud əsaslı tətbiqlər 
  • ESET, Radware və digər təhlükəsizlik həlləri 
  • Şəbəkə (LAN/WAN/WLAN), domen strukturu və backup sistemləri 

Müştəri Portalı və Hesabatlıq

CaspiNet müştərilərinə bilet sistemiaylıq hesabatlar təqdim edir: 

  • Müştəri portalı üzərindən problem bildirimi və status izlənməsi 
  • Aylıq texniki xidmət hesabatları 
  • Problemlərin kök səbəb analizləri (RCA) və inkişaf təklifləri 

Sizə xidmət göstərəcək

Tərəfdaşlarımız

CaspiNet, dünyanın aparıcı texnologiya istehsalçıları ilə rəsmi tərəfdaşlıqlara malikdir.