Kiber Təhlükəsizlik Həlləri
CaspiNet, təhlükəsizlik üzrə dünya lideri vendorlarla əməkdaşlıq edərək, müştərilərinə proaktiv müdafiə, təhlükə aşkarlama və insidentə cavab imkanları ilə tam təhlükəsizlik infrastrukturu yaradır.
Kibertəhlükələr sürətlə inkişaf edir və müasir təşkilatların daxili resurslarını, məlumatlarını və reputasiyasını qorumaq üçün kompleks və çoxsəviyyəli müdafiə yanaşması tələb olunur. 
CaspiNet bu yolda hər bir təşkilat üçün fərdi risk profili əsasında uyğunlaşdırılmış 360° kibertəhlükəsizlik yanaşması tətbiq edir.
Təhlükəsizliyinizi peşəkarlara həvalə edin!
Cisco Secure Portfeli
Cisco-nun təhlükəsizlik ekosistemi — Cisco Secure — müəssisələrə şəbəkə, endpoint, e-poçt, DNS, identifikasiya və bulud mühitləri üzrə qorunma təqdim edir. CaspiNet aşağıdakı texnologiyaları tətbiq edir:
- Cisco Umbrella – DNS əsaslı təhlükəsizlik və SASE yanaşması
 
- Cisco Secure Firewall – Şəbəkə səviyyəsində mühafizə və təhdidlərin qarşısının alınması
 
- Cisco Duo – İki mərhələli autentifikasiya və sıfır etibar modeli
 
- Cisco Secure Endpoint (AMP) – Endpoint cihazlarda davranış analizinə əsaslanan qoruma
 
- Cisco ISE – Şəbəkə girişi üçün siyasət əsaslı idarəetmə və autentifikasiya
 
Fortinet Təhlükəsizlik Həlləri
Fortinet Security Fabric yanaşması ilə CaspiNet aşağıdakı həlləri təqdim edir:
- FortiGate Firewall – NGFW imkanları, IPS, VPN və SD-WAN inteqrasiyası
 
- FortiAnalyzer – Mərkəzləşdirilmiş təhlükə analiz və hesabat platforması
 
- FortiClient – Endpoint mühafizəsi və uzaqdan bağlantı təhlükəsizliyi
 
- FortiMail və FortiWeb – E-poçt və veb tətbiqləri üçün spesifik qoruma
 
Microsoft Security
Microsoft-un təhlükəsizlik alətləri ilə CaspiNet, həm Microsoft 365 mühitində, həm də Azure infrastrukturlarında aşağıdakı funksiyaları tətbiq edir:
- Microsoft Defender for Endpoint / Identity / Cloud Apps
 
- Microsoft Purview (Data Loss Prevention və Information Protection)
 
- Conditional Access və Entra ID inteqrasiyası
 
- SIEM və SOAR imkanları üçün Microsoft Sentinel
 
IBM
CaspiNet, IBM-in qabaqcıl təhlükəsizlik həllərini inteqrasiya edərək müəssisələrə analitika əsaslı, süni intellektlə gücləndirilmiş kibertəhlükəsizlik imkanları təqdim edir:
- IBM QRadar SIEM – Təhlükələrin aşkarlanması, korrelyasiya və cavab üçün qabaqcıl hadisə və loq analiz platforması
 
- IBM Guardium – Məlumatların təhlükəsizliyi, audit və uyğunsuzluqların qarşısının alınması
 
- IBM Security Verify – Identitet və girişin idarə olunması (IAM) üçün güclü həll (SaaS və on-prem)
 
- IBM X-Force Threat Intelligence – Qlobal miqyasda toplanan təhlükə kəşfiyyatı məlumatları ilə təhdidlərin qabaqlanması
 
- SOAR Platforması – Təhlükəsizlik əməliyyatlarının avtomatlaşdırılması və insident idarəetmə proseslərinin optimallaşdırılması
 
IBM həlləri ilə CaspiNet, xüsusilə böyük müəssisələrdə təhlükəsizlik əməliyyatlarının çevikliyini və effektivliyini artırır.
ESET Təhlükəsizlik Platforması
CaspiNet, ESET PROTECT Advanced həllini orta və kiçik ölçülü müəssisələr üçün tətbiq edir. ESET ilə aşağıdakılar təmin olunur:
- Antivirus və davranış analizli Endpoint mühafizəsi
 
- Mərkəzləşdirilmiş idarəetmə konsolu
 
- Disk şifrələmə, DLP və USB cihazlarının idarə olunması
 
- Tənzimləyici uyğunluq (məs: ISO 27001, Mərkəzi Bank tələbləri)
 
Radware – DDoS və WAF Həlləri
CaspiNet, Radware platforması vasitəsilə:
- İntellektual DDoS hücumlarının qarşısını almaq
 
- Web Application Firewall (WAF) ilə tətbiqləri qorumaq
 
- On-premise və cloud əsaslı qoruma modelləri təqdim edir.
 
Sizə xidmət göstərəcək
Tərəfdaşlarımız
CaspiNet, dünyanın aparıcı texnologiya istehsalçıları ilə rəsmi tərəfdaşlıqlara malikdir.