Məlumat Mərkəzi İnfrastrukturu həlli
CaspiNet MMC, müasir təşkilatların kritik məlumatlarının təhlükəsiz və fasiləsiz işlənməsi üçün tam funksional məlumat mərkəzi (data center) infrastrukturu həlləri təqdim edir.
Layihələrimiz yüksək performans, mövcudluq və təhlükəsizlik prinsiplərinə əsaslanaraq Cisco, Fortinet, Dell Technologies, VMware və digər lider texnologiyalara əsaslanır.
Server və Saxlama Həlləri (Server & Storage)
CaspiNet aşağıdakı platformalar üzərində məlumat mərkəzi infrastrukturları qurur:
- Cisco UCS və Dell PowerEdge serverlərinin klasterləşdirilməsi
 
- Dell storage və backup sistemləri
 
- SAN/NAS arxitekturası, backup və replication strategiyaları
 
- RAID, deduplication və yüksək əlçatanlıq (High Availability) texnologiyaları
 
Bu sistemlər müəssisələr üçün etibarlı performans, miqyaslanma və məlumat təhlükəsizliyi təmin edir.
Data Center Networking
Məlumat mərkəzi daxilində sabit və təhlükəsiz əlaqə üçün CaspiNet aşağıdakı imkanları tətbiq edir:
- Cisco Nexus, FortiSwitch və Dell Networking cihazları ilə performanslı şəbəkə infrastrukturu
 
- VXLAN, EVPN, vPC, FabricPath və Spine-Leaf topologiyaları
 
- Server/storage arasında aşağı gecikməli (low-latency) Layer 2/3 şəbəkə dizaynı
 
- Şəbəkə virtualizasiyası və trafik segmentasiyası
 
Virtualizasiya Həlləri
CaspiNet VMware vSphere, Microsoft Hyper-V və KVM əsaslı virtual platformalarda xidmət göstərir:
- Serverlərin və tətbiqlərin virtualizasiya edilməsi
 
- VMware HA, DRS, vMotion və snapshot ilə dinamik resurs idarəetməsi
 
- Dell və Cisco infrastrukturuna uyğunlaşdırılmış məhsuldar və optimallaşdırılmış virtual mühitlər
 
Modul Tipli Məlumat Mərkəzləri
CaspiNet tərəfindən təqdim olunan modul məlumat mərkəzi həlləri qısa zamanda istismara hazır olan, enerji və soyutma sistemləri ilə təchiz edilmiş, daşına bilən məlumat mərkəzləridir:
- Konteyner tipli, prefabrik modullar
 
- UPS, generator, soyutma və yanğınsöndürmə sistemləri ilə inteqrasiya
 
- Təcili ehtiyat sistem, sənaye obyektləri və region filialları üçün ideal yanaşma
 
Sizə xidmət göstərəcək
Tərəfdaşlarımız
CaspiNet, dünyanın aparıcı texnologiya istehsalçıları ilə rəsmi tərəfdaşlıqlara malikdir.