CaspiNet IT Solutions

Məlumat Mərkəzi İnfrastrukturu həlli

CaspiNet MMC, müasir təşkilatların kritik məlumatlarının təhlükəsiz və fasiləsiz işlənməsi üçün tam funksional məlumat mərkəzi (data center) infrastrukturu həlləri təqdim edir.

Layihələrimiz yüksək performans, mövcudluq və təhlükəsizlik prinsiplərinə əsaslanaraq Cisco, Fortinet, Dell Technologies, VMware və digər lider texnologiyalara əsaslanır.

Server və Saxlama Həlləri (Server & Storage)

CaspiNet aşağıdakı platformalar üzərində məlumat mərkəzi infrastrukturları qurur: 

  • Cisco UCSDell PowerEdge serverlərinin klasterləşdirilməsi 
  • Dell  storage və backup sistemləri 
  • SAN/NAS arxitekturası, backup və replication strategiyaları 
  • RAID, deduplication və yüksək əlçatanlıq (High Availability) texnologiyaları 

Bu sistemlər müəssisələr üçün etibarlı performans, miqyaslanma və məlumat təhlükəsizliyi təmin edir. 

Data Center Networking

Məlumat mərkəzi daxilində sabit və təhlükəsiz əlaqə üçün CaspiNet aşağıdakı imkanları tətbiq edir: 

  • Cisco Nexus, FortiSwitchDell Networking cihazları ilə performanslı şəbəkə infrastrukturu 
  • VXLAN, EVPN, vPC, FabricPathSpine-Leaf topologiyaları 
  • Server/storage arasında aşağı gecikməli (low-latency) Layer 2/3 şəbəkə dizaynı 
  • Şəbəkə virtualizasiyası və trafik segmentasiyası 

Virtualizasiya Həlləri

CaspiNet VMware vSphere, Microsoft Hyper-VKVM əsaslı virtual platformalarda xidmət göstərir: 

  • Serverlərin və tətbiqlərin virtualizasiya edilməsi 
  • VMware HA, DRS, vMotion və snapshot ilə dinamik resurs idarəetməsi 
  • Dell və Cisco infrastrukturuna uyğunlaşdırılmış məhsuldar və optimallaşdırılmış virtual mühitlər 

Modul Tipli Məlumat Mərkəzləri

CaspiNet tərəfindən təqdim olunan modul məlumat mərkəzi həlləri qısa zamanda istismara hazır olan, enerji və soyutma sistemləri ilə təchiz edilmiş, daşına bilən məlumat mərkəzləridir: 

  • Konteyner tipli, prefabrik modullar 
  • UPS, generator, soyutma və yanğınsöndürmə sistemləri ilə inteqrasiya 
  • Təcili ehtiyat sistem, sənaye obyektləri və region filialları üçün ideal yanaşma 

Sizə xidmət göstərəcək

Tərəfdaşlarımız

CaspiNet, dünyanın aparıcı texnologiya istehsalçıları ilə rəsmi tərəfdaşlıqlara malikdir.