CaspiNet IT Solutions

IP Telefoniya və Çağrı Mərkəzi həlli

Müasir biznes mühitində effektiv ünsiyyət və müştəri məmnuniyyəti uğurun əsas açarlarından biridir. CaspiNet MMC, IP telefoniya və çağrı mərkəzi həlləri sahəsində qabaqcıl texnologiyalar üzərində qurulmuş, çevik və miqyaslana bilən sistemlər təqdim edir.

CaspiNet, Cisco və 3CX platformaları üzərində qurulmuş etibarlı və genişlənə bilən IP telefon sistemləri və çağrı mərkəzləri ilə müştərilərinə tam inteqrasiya olunmuş rabitə imkanları təqdim edir. Əməkdaşlığınız harada olursa-olsun – ofisdə, mobil cihazda və ya evdə – səsli və video ünsiyyət imkanlarınız hər zaman aktivdir. 

Müştəri ilə rabitəniz – CaspiNet ilə daha aydın və daha effektiv. 

Cisco Collaboration Həlləri

Cisco-nun Unified Communications portfeli ilə CaspiNet müştərilərinə tam inteqrasiya olunmuş əməkdaşlıq və səs infrastrukturu qurur: 

  • Cisco Unified Communications Manager (CUCM) – miqyaslana bilən IP telefon sistemi 
  • Cisco Webex Calling & Webex App – bulud əsaslı zəng və əməkdaşlıq 
  • Cisco IP Phone cihazları – biznes sinfinə uyğun yüksək keyfiyyətli səs əlaqəsi 
  • Cisco Expressway və CUBE – SIP trunk, uzaq bağlantı və interop üçün keçid imkanları 
  • Cisco Meeting Server və Webex Room – video konfrans və hybrid görüş həlləri 

CaspiNet, Cisco Collaboration üzrə sertifikatlı mütəxəssisləri ilə dizayn, qurulma və texniki dəstək xidmətlərini təqdim edir. 

Imagicle UC Applications for Cisco

Imagicle, Cisco platforması üçün zəng qeydi, call analytics, təqvim əsaslı zəng planlaması və əlaqə mərkəzi genişlənmələri təqdim edir. CaspiNet, Imagicle vasitəsilə müştərilərə aşağıdakı imkanları təmin edir: 

  • Call Recording – zənglərin hüquqi və keyfiyyət nəzarəti məqsədilə qeydi 
  • Advanced Call Analytics – zəng statistikası, performans monitorinqi 
  • Attendant Console – receptionist üçün vizual zəng idarəetmə paneli 
  • Digital Fax, Click2Call, Hotel Integration və s. 

Bu genişləndirmələr vasitəsilə CaspiNet çağrı mərkəzi mühitlərini daha funksional və izlənə bilən edir.