Məmnuniyyət hissi ilə bildirmək istərdik ki, CaspiNet MMC artıq “Solutions Partner for Modern Work” statusunu qazanıb. Qürurverici haldır ki, rəqib şirkətlərdən fərqləndirilmə göstəricisi kimi qəbul olunan bu təyinatı ILK əldə edən Microsoft tərəfdaşlarından biriyik.
Qeyd edək ki, “Solutions Partner for Modern Work” statusu Microsoft korporasiyası tərəfindən bizə göstərdiyimiz fəaliyyət, texniki bacarıq və təcrübə, müştəri uğuru kimi kateqoriyaların müvafiq tələblərinə cavab verdiyimiz üçün təqdim olunub:
- Fəaliyyət kateqoriyası (Performance) – tərəfdaşın Microsoft məhsullarından istifadə edərək müştəri bazasını artırma qabiliyyətini ölçür.
- Bacarıq kateqoriyası (Skilling) – keçərli olan Microsoft 365 sertifikatına (advanced və intermediate səviyyələrində) sahib şəxslərin sayından asılı olaraq tərəfdaş şirkətin bacarıq və təcrübəsini qiymətləndirir.
- Müştəri uğuru kateqoriyası (Customer success) – tərəfdaşın müştərilər tərəfindən istifadə olunan Microsoft məhsullarını artırma bacarığını ölçür.
Qoyulan tələblərin hər birini qarşıladığımız üçün bu istiqamətdə olan işlərimizə artıq daha güvənlə davam edəcəyik.
Bizim bu uğurumuzda rolu olan hər bir müştərimizə etibarı üçün təşəkkürümüzü bildiririk!
Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebookvə ya Linkedin üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.