Have I Benn Pwned? ( HIBP) saytında verilən məlumata əsasən 2019-cu ilin ilk kütləvi məlumat sızması baş vermişdir. Belə ki, Mega Bulud saxlancına yuklənilmiş 993 GB həcmində Cache məlumatlar 2000 Məlumat bazasından sızdırılmışdır. Collection #1 adı verilən qovluqda 773 milyon Unikal Email ID, 21 milyon deşifrə olunmuş parol vardır. Bu barədə ilk məlumat Troy Hunt adlı təhlükəsizlik üzrə ekspert tərəfindən verilmişdir.
Have I Benn Pwned? ( HIBP) nədir?
Have I Benn Pwned? ( HIBP) – Bu sayt istifadəçilərə onlara məxsus email ünvanının bu günə qədər sındırılmış məlumat bazalarından oğurlanan emaillər arasında olmasını yoxlamaq üçün ödənişsiz alətdir. Əgər sizdə öz email ünvanınızın sındırılmasından şübhələnirsinizsə bu alətdən istifadə edə bilərsiniz. Əgər daha öncə sizin email ünvanı sındırılan məlumat bazalarda olubsa, aşağıdakı kimi bir nəticə görəcəksiniz.
Əgər oxşar halın gələcəkdə Sizin şirkətdə baş verməsinin qarşısını almaq barədə fikirləşirsənizsə, Bizimlə Əlaqə saxlaya o cümlədən bizi izləməyə davam edə bilərsiniz.