Müştərilərlə görüşmək üçün tıxaclarda saatlarla gözləməkdən yorulanlar üçün mükəmməl həll.

Statistika göstərir ki, Bakı şəhərində gün ərzində yerüstü nəqliyyatdan aktiv istifadə edənlər bunun üçün təqribən 2 saat vaxt vaxt sərf edirlər. Bu vaxtın 50%-i isə məhz tıxaclarda itirilən vaxtlardı. Vaxtın bu qədər dəyərli olduğu bir zamanda bu vaxtı işlərinizə sərf edərək daha uğurlu nəticələr əldə etmək mümkündür. Elementar filialda olan 30 dəqiqəlik görüş üçün daha 30 dəqiqə Bakının sıxlığında oturmaq lazım gəlir.

Siz bunun yerinə bu görüşü Skype for Business ilə asanlıqla təşkil edə bilərsiniz.

İlk öncə qeyd edim ki, təbii olaraq hamının ilk ağlına gələn sual:

Tamamilə pulsuz olan Skype var ikən niyə kommersiya məhsulu olan Skype for Business istifadə etməliyəm?

  • Skype for Business office 365-in tərkib hissəsi olaraq, Word, Excel, PowerPoint, OneNote, Outlook ilə tamamilə inteqrasiya olunmuşdur. Bu da sizə görüş zamanı real zamanda əməkdaşlarla birlikdə eyni faylı redaktə etməyə imkan verəcəkdir.
  • Görüşlərinizi outlook üzərindən təyin edə və idarə edə bilərsiniz.
  • Bütün görüşlər Video olaraq yaddaşda saxlanıla bilir. Bu da görüşdən sonra görüş zamanı nəzərdən qaçan məqamları yenidən xatırlamağa və bununla görüşün nəticəsinin effektivliyini artırmağa imkan verir.
  • Şirkət əməkdaşlarının Skype kontaktları avtomatik olaraq sistemdə saxlanılır. Hətda siz ona daha öncə heç zaman zəng vurmamış olsanız belə adının ilk 2-3 simvolunu yazaraq real rejimdə onun kontaktını görə və zəng vura bilərsiniz.

Əlavə yaranmış bütün suallara o cümlədən xidmətdən test üçün istifadə etmək üçün, info@caspinet.com yazmağınız və ya +994 51 870 74 27 nömrəsinə zəng vurmağınız kifayətdir.

Bu məqalə barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.