CaspiNet Demo Cpanel account

Potensial hostinq müştəriləri üçün yeni xidmət

Cpanel Hostinq seçimi hər zaman müştərilər üçün çətin və çox vaxt sərf etməli olduqları prosedurdur. Digər tərəfdən bu gün bir hostinq almaq, daha sonra razı qalmadığı təqdirdə digər bir hostinqə məlumatların daşınması kifayət qədər vaxt tələb edən prosedurdur.

Bu səbəbdən potensial müştərilərimiz bizim hostinq xidmətini əldə etmədən, Cpanel Hostinq Sistemin imkanlarını əyani görmələri üçün Demo Hostinq xidmətini nəzərinizə çatdırırıq. Bu veb hostinqin idarəetmə paneli hal-hazırda bazarda mövcud olan ən geniş yayılmış tam funksional olması ilə fərqlənir.

Demo hostinq xidməti vasitəsilə 15.01.2023 tarixinə mövcud olan ən son CPANEL 106.0.13 versiyasını sınaqdan keçirmək üçün aşağıdakı məlumatlardan istifadə edə bilərsiniz.

Link: https://hostinqdemo.com/cpanel

Login: demohostinq

Şifrə: C@spinet123

Qeyd edək ki, CaspiNet Şirkəti 2013-cü ildən hostinq xidməti göstərməkdədir. Hostinq infrastrukturu Amazon Şirkətinin Şərqi Avropada yerləşən 99.99% işləmə təminatlı Data mərkəzində yerləşir. Hostinq Xidmətinin göstərilməsi üçün WHM, Kernel Care, Cloud Linux, WHMCS kimi bu sahədə dünya ideri olan sistemlər və texnologiyalar istifadə olunmaqdadır. Hal-hazırda Dövlət müəssisələri və Məxfilik siyasətində məlumatların ölkə daxilində saxlanılması zərurəti olan şirkətlər üçün AzInTelecom  şirkətinə məxsus TIER3 stardandartlarına malik yeganə Data mərkəzində qurulacaq 100% ölkə daxili hostinq xidmətinin göstərilməsi üçün hazırlıq işləri aparılır.


Əgər siz də şirkətiniz və ya şəxsi veb proektlərinin üçün dayanıqlı və sərfəli veb hostinq əldə etmək istəyirsinizsə, 6 AZN-dən başlayan qiymətlərlə bu xidməti sizə göstərməyə şad olarıq. Bütün paketlərə bax

Sevindirici haldır ki, CaspiNet MMC Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində host provayder kimi 22 aprel 2019-cu ildə qeydiyyata alınmışdır.

Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.