“Future in Azerbaijan with Cisco Meraki”

06 aprel 2022 tarixində “Gulfstream” CaspiNet MMC ilə birlikdə “Future in Azerbaijan with Cisco Meraki” Seminarı Fairmont otelinin Nəsimi zalında baş tutmuşdur.

Tədbirin məqsədi Cisco Meraki haqqında real tətbiqlər üzərində yerli şirkətləri tanış etmək idi. Eyni zamanda iştirakçılara Meraki avadanlıqlarla tanış olmaq imkanı yaratmaq idi.

Tədbirdə Çıxış edən Cisco üzrə ekspert Emin Seyidov Merakinin məhsulları o cümlədən lisenziyaları barədə iştirakçılara ətraflı məlumat verdi. Tədbirin sonunda Cisco Təhlükəsizlik mühəndisi Bəhruz İbrahimov tədbir üçün qurulmuş demo stenddə olan avadanlıqları tədbir iştirakçıları təqdim edərək innovativ funksionallığı göstərmişdir.

Cisco Meraki nədir?

Cisco Meraki Mərkəzi San Francisco, Kaliforniya ştatında olan Bulud idarəetməli sistemlər təqdim edən şirkətdir. Məhsullarına Marşutlayıcılar (router), kommutatorlar (switch), Simsiz şəbəkə qurğuları( AP), Təhlükəsizlik qurğuları, Mobil idarəetmə sistemləri, IoT sensorlar və IP kameralar daxildir. Ən böyük üstünlüyü sadalanan bütün məhsulların bir Cloud portaldan idarə olunması və qoş və işlət (plug-and-play) imkanıdır. Təhlükəsizlik tam təmin olunması üçün Buluda istifadəçi trafikləri deyil yalnız idarəetmə hissəsi (Control Plane) ötürülür ki, bu da istənilən miqyasda şirkətlət və qurumlarda rahatlıqla tətbiqinə imkan verir.

Nə üçün Bulud idarəetmə?

TCO (Total cost of ownership) müqayisəsi edilərkən Cloud sistemin tətbiqi, lokal analogi sistemlərin qurulması və saxlanılması xərclərini 50%-dək azaltmağa imkan verir.

Biz kimik?

Məlumat üçün bildirək ki, tədbirin təşkilatçısı olan CaspiNet MMC Cisco şirkətinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. Bulud və Kiber Təhlükəsizlik sistemləri üzrə ixtisaslaşan CaspiNet MMC o cümlədən Microsoft şirkətinin Silver, AWS-in TIER I Consulting partner və AzCloud-un Platinium partnyorudur.

Məhsul barədə ətraflı öyrənmək və ya Pilot layihə icra etmək üçün office@caspinet.com və ya 012 525 90 80 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz varsa O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.