facebook privacy

Facebook “Üz tanıma – Face Recognition” sistemini bütün istifadəçilər üçün aktiv etdi

Facebook üz tanıma sisteminin bütün istifadəçilər üçün açıq  olduğunu rəsmi olaraq elan etdi. Bu funksiya mütləq deyil. İstifadəçilər öz istəyi ilə bu funksiyanı deaktiv edə bilər. Eyni zamanda sosial şəbəkə istifadəçilərin yüklənilən şəkillərdə avtomatik tanınma sistemindən də imtina etmək qərarına gəldi.

Qeyd olunan funksiya Facebook-un bəzi istifadəçiləri üçün 2017-ci ilin dekabr ayından əlçatandır. Bu funksiya istifadəçilərə digər sosial şəbəkə istifadəçiləri tərəfindən onların tag olunmadıqları şəkillər barədə bildiriş göndərir.

“Tag Suggestion” funksiyası 2015-ci ildən istifadəyə verilib. İşıq üzü görən vaxtdan bu funksionallıq Şəxsi məlumatların təhlükəsizliyi ilə məşğul olan şirkətlər, eksperlər və fərdi şəxslər tərəfindən daim skandallara məruz qalmaqdadır.

Əgər siz də bu funksinı deaktiv etmək istəyirsinizsə,

  1. Facebook profilinizə Browserdən daxil olun
  2. “Settings” bölməsinə keçin
  3. Sol tərəfdəki menu-dan “Face recognition” bölməsini seçin
  4. “Do you want Facebook to be able to recognise you in photos and videos?” sualına “No” al menusunu seçin

Beləliklə artıq heç bir istifadəçinin Facebook sosial şəbəkəsinə yüklədiyi sizin də üzünüzün göründüyü şəkillərdə siz avtomatik təyin olunmayacaqsınız.

Bu xəbər barədə sualınız, iradınız və ya təklifiniz var. O zaman bizə Facebook üzərindən və ya Əlaqə bölməsindən yaza bilərsiniz.